​İRANA VAXT QOYDULAR - BÖYÜK BÖHRAN QAPIDA

Baxış sayı:
4252

Cənubi Koreya İrandan neft nəqlini dayandıracaq
Muxalifet.az
xəbər verir ki, Cənubi Koreya ABŞ-ın təzyiqi nəticəsində bu ilin iyul ayında İrandan neft almağı tamamilə dayandıracaq.
İranın dövlətə yaxın informasiya agentliyi “Tansim”in “Röyters” agentliyinə istinad elədiyi xəbərinə görə, İrandan neft nəqli həyata keçirən şirkətlərlə əlaqədar mənbələr Cənubi Koreyanın iyul ayından etibarən İrandan neft idxalarını dayandırcağını bildiriblər.
İranın Adiya ölkələrinə neft nəqli ilə əlaqədar olan mənbə deyib: “İrandan neft alınmasını dayandırması üçün Cənubi Koreya hökuməti şirkətlərə təzyiq göstərib. İyul ayından etibarən Cənubi Koreya İrandan neft alınmasını dayandıracaq”.
İranın neft nəqli məsələlərindən xəbərdar olan asiyalı digər bir mənbə isə Yaponiya mənşəli şirkətlərin İrandan neft nəqlinə sentyabr ayına qədər davam eləməyi planlaşdırdıqlarını bildirib.
ABŞ nüvə müqaviləsindən imtina elədikdən sonra İrana qarşı sanksiyaları tətbiq edəcəyini açıqlayıb və müttəfiqlərindən İranla olan neft ticarətlərini noyabr ayına qədər dayandırmaqlarını tələb edib. Cənubi Koreya İrandan neft alınması ilə bağlı ABŞ-la danışıqlar aparıb.
Cənubi Koreya, Çin və Japoniya İrandan yüksək miqdarda neft idxal edən ölkələr sırasındadırlar.