İrandan növbəti neft təhdidi: HÖRMÜZ BOĞAZINI BAĞLAYARIQ

İran İnqilab Mühafizəçiləri Komandiri İsmayıl Kövsəri, İran neftinin satışı əngəlləndiyi təqdirdə Hörmüz boğazının neft gəmiləri üçün keçidlərinə icazə verməyəcəklərini bildirib.
İranın "Entekhab" saytına görə, Kövsəri, "Əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünyanın digər nöqtələrinə neft keçidinə icazə verməyəcəyik" deyib.
ABŞ VƏ MÜTTƏFİQLƏRİ, MARAQLARI ARXASINCA QAÇIRLAR
ABŞ və müttəfiqlərinin öz maraqlarını güddüklərini deyən Kövsəri, "Dünya neftinin 20 faizi Hörmüz boğazından keçir. Dünyanın bu neftə ehtiyacı var. ABŞ-ın düşməncə hər davranışı onlara baha başa gələcəkdir" deyə söyləyib.
İRAN NEFTİ İXRAC EDİLMƏZKƏN REGİON NEFTİNİN İXRAC EDİLMƏSİ MÜMKÜNDÜRMÜ?
İran prezidenti Həsən Ruhani, İsveçrədəki təmasları zamanı verdiyi açıqlamada, ABŞ-ın İran neft ixracını tamamilə dayandırmaq istədiyini bildirmişdi.
Ruhani, "Bu ifadənin mənasını dərk etmirlər, çünki ABŞ rəhbərliyi “İrana bir damla neft ixrac etdirməyəcəyik” deyib. Bu, bütün region neftinin ixrac edilməməsi mənasına gəlir. İran nefti ixrac edilməzsə, region neftinin ixrac edilməsi mümkün ola bilərmi? Əgər bunu etsəniz nəticələrinə da qatlanacaqsınız" deyib.
Müxalifət.az