İrandan ŞOK açıqlama: ABŞ ordusuna nüfuz edə bilmişik
9-07-2018 09:20
Baxış sayı:
5038

ABŞ-ın bölgədəki hərbi mərkəzlərini nəzarət altında saxlayırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçilər Korpusunun Müdafiə Qüvvələri komandanı Əmir Əli Hacızadə deyib.
“ABŞ-ın Suriya və İraqda hansı addımları atdığını bilirik. Hərbi qərargahları izləyirik. Əlimizdə sənədlər, görüntülər var. Etiraf edirəm ki, son illərdə biz ABŞ-ın hərbi mərkəzlərinin daxilinə nüfuz edə bilmişik. Onların İŞİD-ə dəstək verməsini də çox gözəl bilirik. Əgər ölkə rəsmilərimiz icazə versə, yaxın günlərdə bu faktları ictimaiyyətlə paylaşacağıq”, - Əli Hacızadə bildirib.