İranın İspaniya ilə oyunda MƏĞLUBİYYƏTİNƏ İSRAİLLİ SEVİNCİ - FOTO

Baxış sayı:
4213

İspaniya ilə İran arasında oynanan və İranın 1-0 uduzduğu matçda sevinən tərəf yalnız İspaniya olmadı. Televiziya başında matçı izləyən İsraillilər İranın məğlubiyyətindən sonra böyük sevinc yaşayıb.
 
Rusiyada davam edən Futbol üzrə Dünya Kuboku turnirində ikinci matçlar oynanılıb. Ötən gün İspaniya ilə İran arasında oynanan B qrupunun ikinci oyununda İran, rəqibinə 1-0 yenilərkən meydança içində İranlı oyunçular böyük fəlakət yaşamış kimi, göz yaşlarını tuta bilməyiblər.
O anlarda İsraildən bunun əksinə, xoşbəxtlik və sevinc dolu fotolar gəlib.


 
İSRAİLLİLƏRİN XOŞBƏXTLİYİ
 
Hər nə qədər İsrail turnirdə iştirak edənlər arasında olmasa da, onlar üçün ən diqqət çəkən oyunlar İranın matçları olub. Çünki iki ölkə arasında yaşanan ədavət, yaşıl meydançaya da təsirini göstərib.
İspaniya ilə İran arasında oynanan B Qrupunun ikinci oyununda İspaniya, rəqibini 1-0 məğlub edərkən matçı televiziyadan izləyən İsrailli azarkeşlər böyük sevinc yaşayıb. İranın aldığı məğlubiyyət sonra İsraillilər sevinc  təntənəsi yaşayıb.
Müxalifət.az