İRƏVAN İŞIQSIZ QALDI
11-07-2018 17:43
Baxış sayı:
5266

İrəvanın mərkəzi küçələri yarımstansiyada baş verən qəza səbəbindən tamamilə işıqsız qalıb.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Sputnik” "Ermənistan Elektrik Şəbəkələri" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər yayıb.
Şirkətdən nəşrə bildiriblər ki, İrəvana elektrik enerjisinin bərpası iyulun 11-i axşama planlaşdırılır.