İŞİD lideri BAĞDADİNİN OĞLU ÖLDÜRÜLDÜ

Baxış sayı:
5827

Terror təşkilatı İŞİD, lideri Əbubəkr El-Bağdadinin uşaqlarından biri olan Hudayfah El-Badrinin Suriyadakı qarşıdurmalar zamanı öldürüldüyünü açıqlayıb.
 
Təşkilatın təbliğat üçün istifadə etdiyi “Amaq” informasiya agentliyində yayımlanan açıqlamada, Hudayfah El-Badrinin Xüms şəhərindəki bir termik elektrik stansiyasında öldüyü bildirilib. BBC-də yer alan xəbərə görə, açıqlamada, "El-Badrinin Humusda Nusayrilərə və Ruslara qarşı bir əməliyyatda öldürüldüyü" qeyd edilib. “Amaq”, açıqlama ilə yanaşı əlində silah olan gəncin fotoşəklini də yayıb.
Bağdadinin harada olduğu və yaşayıb, yaşamadığı bilinmir, ancaq “Amaq”-ın bu son xəbəri, təşkilat liderinin həyatda olduğuna işarə edilir.
Qeyd edək ki, İŞİD-ın 2014-də İraqda böyük hücumlara başlamasından bu yana bir neçə dəfə Bağdadinin öldüyünə dair xəbərlər ortaya atılmış, ancaq bunların heç biri sonradan təsdiqini tapmamışdı.
Sentyabr ayında Bağdadiyə aid olduğu bildirilən və İŞİD döyüşçülərinə müqavimət çağırışı edən bir səs yazısı yayımlanmışdı.
Xatırladaq ki, İŞİD, 2014-ci ildə Suriya və İraq torpaqlarının bir hissəsində xilafət elan etmişdi. İki ölkədə aparılan intensiv əməliyyatlardan sonra təşkilat bu gün yalnız bəzi kiçik yaşayış yerlərini əlində saxlayır.
Bağdadı, "dünyanın ən çox axtarılan adamı" kimi tanınır. ABŞ, təşkilat liderinin yaxalanması üçün başına 25 milyon dollar mükafat qoyub.
Müxalifət.az