İŞİD liderinin yardımçısı və ƏMİRLƏRİ ÖLDÜRÜLDÜ

Baxış sayı:
4999

İraq, terror təşkilatı İŞİD-ə qarşı hava hücumu həyata keçirib. Əməliyyatda öldürülən 45 terroristin arasında İŞİD lideri Bağdadinin müharibə şurası üzrə müavini ilə media əmiri də var.
 
İraq, sərhədin Suriya tərəfindəki Hacinə hava hücumu təşkil etdiyini bildirib.
Terror təşkilatı İŞİD-in lider heyətinin iclas keçirdiyi ev, F-16 döyüş təyyarələri tərəfindən məhv edilib.
Rəsmi açıqlamaya görə, İŞİD lideri Əbubəkr Əl Bağdadinin ən yaxınındakı bəzi şəxslərin də yer aldığı 45 İŞİD terrorçusu ölüb. Ölənlər arasında, Bağdadinin müharibə şurası üzrə müavini ilə media əmiri də var.
Müxalifət.az