İşıqsız xəstəxanalarda ÖLÜM FAKTI qeydə alındı?

Baxış sayı:
3202

Azərbaycanda işıqla bağlı baş verən problem nəticəsində Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində heç bir problem qeydə alınmayıb.

Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, işıqlar sönəndən bir neçə dəqiqə sonra generatorlar qoşulub:

“Xəstələrin olduğu şöbələr, əməliyyatxanalar işıqla təmin edilib. Ona görə də heç bir problem yaranmayıb. Hər hansı ölüm faktı, insan tələfatı, yaralanma halları yoxdur”.

S.Əhmədova Təcili Tibbi Yardım stansiyalarının fəaliyyətində də problem yaşanmadığını bildirib.

Qeyd edək ki, dünən gecə Mingəçevir İES-in bloklarından birində yaranan problem nəticəsində ölkənin bir çox şəhər və rayonlarında elektrik enerjisi kəsilmişdi.