Israil Iranın “İslam ordusu” hədəsinə, hədə ilə cavab Verdi
11-07-2018 07:46
Baxış sayı:
3760

İsrail, Golan Təpələrindəki tampon bölgədə tək bir Suriya əsgərinə belə göz yummayacağını açıqlayıb.
İsrail Suriyaya yönəlik aqressiv açıqlamalarına davam edir. İsrailin baş naziri Benyamin Netanyahunun sabah Rusiya prezidenti Vladimir Putinlə görüşü öncəsi müdafiə naziri Aviqdor Liberman İsrailin işğalı altındakı Golan Təpələrinə əlavə güc yerləşdirib.
Liberman, İsrailin sərhədindəki Suriya əsgərinə göz yummayacağını və hücum edəcəyini bildirib.
Komandirlərlə birlikdə regionu gəzən Liberman, İranın Suriyadakı hərbi varlığının möhkəmlənməsinə icazə verməyəcəklərini, əks təqdirdə bunun İrana İsrail torpaqlarına hücum etmə imkanı verəcəyini bildirib.
Müxalifət.az