İsrail mətbuatı Adnan Oktarın həbsi ilə bağlı nələr yazdı...

İsrail mətbuatı, ictimaiyyətdə “Adnan Xoca” kimi tanınan Adnan Oktarı cinayət təşkilatına başçılıq etdiyi iddiasıyla nəzarətə alınmasına geniş yer ayırıb.
İsrail mətbuatında çıxan xəbərlərdə, Adnan Oktarın İsrail ilə qurduğu yaxın münasibətə diqqət çəkilib.
İsrailin aparıcı qəzetlərindən “Haaretz”, Adnan Oktarın nəzarətə alınması ilə bağlı xəbərində "Kediciklərdən hərəmxana quran Türk İslam camaatının lideri saxlanılıb" başlıqla yazı dərc edib.
Xəbərdə, Oktar qrupuna qarşı əməliyyatda 200-dən artıq adamın "Cinayətkar təşkilatı qurmaq, korrupsiya və cinsi istismar" ittihamları ilə nəzarətə alındığı bildirilib.
İsrailin digər bir qəzeti "Jerusalem Post" isə Oktarın həbs edilməsi xəbərini, "Oktar və İsrail dostluğu yolun sonuna gəldi" başlığı ilə oxucularına çatdırıb.
Adnan Oktarın “Jerusalem Post” qəzetinə onlarca məqalə yazdığı qeyd edilən xəbərdə, Oktarın bir çox İsrailli din xadimi və siyasətçilərlə görüşdüyünə işarə edilib.
Xəbərdə həmçinin Oktar qrupunun başbilənlərinin 2013-də İsrailə gələrək bəzi İsrailli deputatlarla bir araya gəldiyi xatırladılıb.
“Times Of Israel” qəzeti isə Oktarın əvvəlki illərdə Yəhudi əleyhdarı və Yəhudi soyqırımını rədd edən fikirlərə yer verən kitablar yazdığını, ancaq son illərdə bu fikirlərini rədd etdiyinə vurğu edilib.
Oktarın bəzi yüksək səviyyəli İsrailli şəxslərlə ilə yaxın əlaqəsi olduğu və bəzi İsrailliləri televiziyasında qonaq etməsinə toxunulan xəbərdə, Yəhudilərin Məscid-i Aksada ayin keçirmələrinə icazə verilməsini dəstəklədiyi qeyd edilib.
“Jewish Press” adlı xəbər saytı da Oktarın həbs olunmasına dair xəbərdə, "İsrail dostu Müsəlman lider həbs olundu" başlığı ilə yazı dərc edib.
Xəbərdə, Oktarın bir çox Yəhudi din adamı ilə yaxın əlaqəsinin olduğu qeyd edilib.
Müxalifət.az