İsrail əsgərləri Türk bayrağı yelləyən FƏLƏSTİNLİ GƏNCİ VURDU - VİDEO

Baxış sayı:
6355

İsrail əsgərləri Qəzza Zolağı sərhədində "Böyük Qayıdış Yürüşü" tədbirləri çərçivəsində keçirilən dinc aksiyalar zamanı Türk bayrağı qaldıran bir Fələstinli gənci gülləyəib.
 
Qəzzanın şərqində nümayiş keçirən Fələstinlilərə müdaxilə edən İsrail əsgərləri, sərhəd zonası yaxınlığında Türk bayrağı yelləyən Fələstinli bir gənci də ayağından vurub.
Yaralanmasına baxmayaraq əlindən Türk bayrağını salmayan Fələstinli gənc, tibbi xidmət qrupları tərəfindən edilən ilk yardımdan sonra təcili yardım üçün xəstəxanaya aparılıb.
Anadolu Agentliyinin əməkdaşları Fələstinli gəncin Türk bayrağını qaldırdığı və İsrail əsgərləri tərəfindən vurulduğu anları lentə alıb.
Qəzza Zolağının İsrail sərhədi yaxınlığında 30 martdan bu yana keçirilən dinc aksiyalarda Fələstinlilər, bir neçə dəfə Türk bayrağı qaldırıb və prezident Rəcəb Tayyib Ərdoğana sevgilərini ifadə etmək üçün portretlərini gətirmişdi.
Müxalifət.az