İsrail Səudiyyə Ərəbistanının nüvə layihəsini nəzarətə almaq istəyir

Baxış sayı:
5314

İsrailin, Səudiyyə Ərəbistanının nüvə layihəsini həyata keçirməsindən əvvəl ABŞ-a bəzi şərtlər təqdim etdiyi ortaya çıxıb.
 
Adının açıqlanmasını istəməyən İsrailli bir hökümət rəsmisi, İsrail Enerji Naziri və eyni zamanda İsrail Atom Enerjisi Təşkilatının rəhbəri Yuval Steinitzın iki həftə əvvəl ABŞ Enerji Naziri və Səudiyyə Ərəbistanı ilə Müzakirə Heyətinin başqanı Rick Perri ilə görüşdüyünü deyib.
 
İSRAİLİN "QIRMIZI CİZGİLƏRİ
 
 İsrailin Enerji Naziri və eyni zamanda İsrail Atom Enerjisi Qurumunun sədri Steinitzın bu görüşdə İsrailin Səudiyyə Ərəbistanının nüvə layihəsinə dair qırmızı cizgilərini təqdim etdiyi ifadə edilib.
İsrailin Kanal10 televiziyasının xəbərinə görə, Steinitzın Səudiyyəli nümayəndə Perriyə təqdim etdiyi qırmızı xətlərin, Səudiyyə Ərəbistanının uranın zənginləşdirilməsinin qarşısının alınması, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında layihənin həyata keçirilməsinə dair müqavilənin bütün detallarını qabaqcadan görmə və Səudiyyə Ərəbistanının nüvə stansiyaları quracağı sahələrlərlə bağlı bütün müzakirələrdə iştirak etmək dən ibarət olduğu qeyd olunub.
 
İSRAİL, NÜVƏ YANACAĞINDA VASİTƏÇİ OLMAQ İSTƏYİR
 
İsrailin Vaşinqton rəhbərliyindən Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələrin şəffaf bir şəkildə İsrail ilə koordinasiya edilməsini tələb etdiyi bildirilib. İsrailin ABŞ-dan Səudiyyə Ərəbistanını nüvə yanacağı ilə təmin etməsi və eyni şəkildə bu yanacağın Səudiyyə Ərəbistanından çıxarılmasını öz öhdəsinə götürməsini istədiyi bildirilib.
Xəbərdə İsrailli rəsminin, ABŞ-lı nazirin İsrailli həmkarına Vaşinqton rəhbərliyinin İsrailin istəklərini nəzərə alacağı və Səudiyyə Ərəbistanı ilə aparılan danışıqların mahiyyətini İsraillə bölüşəcəyi barədə söz verdiyini bildirdiyi qeyd olunub.
Müxalifət.az