​İsrail Suriyanın Hələb vilayətinə raket zərbələri endirdi

Baxış sayı:
3310

İsrail ordusu Suriyanın Hələb vilayətinə raket zərbələri endirib.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində Bəşər Əsəd ordusunun Neyrəb hava limanı yaxınlığındakı hərbi bazası dağılıb.
Suriya Müdafiə Nazirliyi yayılmış məlumatları təsdiq edib.
Hücum nəticəsində ölən və yaralananlar olmasa da, baza tamamilə məhv edilib.