“İsraillə sərhəddə İslam ordusu quracağıq”

Baxış sayı:
6001

İran İnqilab Mühafizəçilərinin yüksək rütbəli komandirlərindən Hüseyn Selami, Qolan Təpələrinin yaxınlığında bir İslam ordusu quracaqlarını söyləyib.
 
İran İnqilab Mühafizəçilərinin yüksək rütbəli komandirlərindən Hüseyn Selami, Tehran və Təl-Əviv arasında artan gərginlik haqqında danışıb.
Selami, işğal altındakı Qolan Təpələrinin yaxınlığında "İsraili bitirəcək bir İslam ordusu" yaradacağını açıqlayıb.
“Times of Israel”-in bildirdiyinə görə, Selami, "Bu gün beynəlxalq İslam ordusu Suriyada yaradılıb və Müsəlmanların səsi Qolan Təpələri yaxınlığında eşidilir. Əmrlər gözlənilir... Bu ordu ilə İsrail rejiminin aradan qaldırılması təmin olunacaq və bu rejimin həyatı əsaslı şəkildə başa çatacaq. Sionist rejimin həyatı indi heç vaxt olmadığı qədər təhlükədədir" deyib.
Selami eyni zamanda Livandakı Hizbullah döyüşçülərinin də İsraili hədəfə alan 100 min raketinin olduğunu bildirib. Selami, "Livanda bir qüvvə yaradırıq, çünki düşmənlə bütün gücümüzlə oradan müharibə aparmaq istəyirik. Hizbullah bu gün quruda Sionist rejimə təkbaşına qalib gələ biləcək gücə sahibdir. Sionist rejimin strateji dərinliyi yoxdur" deyə, bildirib.
Müxalifət.az