İstefa vermiş nazir: ARZULARIMIZ ÖLDÜ...

Baxış sayı:
4597

Britaniya hökumətinin Breksitlə bağlı danışıqlarda atdığı addımlar nəticəsində xalqın ümid etdiyi imkanlar itirilib.

Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Britaniyanın keçmiş Xarici İşlər naziri Boris Conson yayıb.

“Arzularımızın ölməyinə səbəb Britaniyanın Avropa qanunlarının normaları ilə barışmağa məcbur qalmasıdır. Bu mənada biz müstəmləkə statusuna doğru irəliləyirik. İqtisadi razılaşma ilə bərabər, bizim miqrantlarla bağlı götürdüyümüz öhdəliklər də ciddi təhdidlər yaradır”, - Conson bildirib.

Qeyd edək ki, İngiltərənin Xarici İşlər naziri Boris Conson dünən istefa verib.