“Juventus” Ronaldonu aldı, fəhlələr üsyan etdi!

Baxış sayı:
3088

Kristiano Ronaldonun “Real” Madriddən “Juventus”a transferi İtalyan futbolsevərlər həyəcanlandırdı. Ancaq “Juventus”un sahibi Andrea Agnellinin müdiri olduğu “Fiat” avtomobil zavodunun işçiləri, illədir fəhlələrin əmək haqları artırılmazkən Ronaldo üçün ümumilikdə 400 milyon avro xərclənməsi işçilərin tətil etməsinə səbəb olub.
 
Ronaldonun transferi, İtaliyanın Turin şəhərinin bir nömrəli klubu “Juventus”a bayram yaşadarkən, “Fiat” avtomobil zavudunun işçilərini isə hiddətləndirib.
İtalyan mediasına görə, həm “Juventus”un, həm də “Fiat”-ın sahibi Andrea Agnellinin satın aldığı Ronaldo paketinin ümumi dəyəri 340-400 milyon avro civarındadır.
“Real” Madridə Ronaldonun bonservis-i üçün 112 milyon avro ödəyən İtalyan futbolunun yaşlı xanımı, Portuqaliyalı ulduza da 4 ildə konkret mənfəət 120 milyon avro verəcək. Bunun üzərinə vergi və digər xərclər əlavə olunanda ümumi 240-300 milyon avro alacaq. Yəni ümumi hesab 400 milyon avro ətrafında olacaq.
Üstəlik, bunun 30 milyon avrosu birbaşa “Fiat”-ın kassasından çıxacaq. Ronaldonun bunun əvəzində avtomobil firmasının reklam siması olacağı deyilir.
Maaşları donduruan, illərdir maaaşları artırılmayan “Fiat” işçiləri üçün bu xəbərlər daşırıcı damla olub.
Cənubdakı Melfi şəhərindəki “Fiat” zavodlarında həmkarlar ittifaqları, Ronaldonun transferinə etiraz etmək üçün 15 iyul axşamından 17 iyul gününə qədər tətil elan edib.
Müxalifət.az