​Kanadada anomal istilər 17 can aldı

Baxış sayı:
2773

Kanadada anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb.
Muxalifet.az  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, 12 nəfər Monreal şəhərində anomal istilərə tab gətirməyib. İyulun 4-də Monrealda havanın temperaturu müsbət 40 dərəcəyə çatıb. Meteoroloqların proqnozlarına əsasən, Kvebek əyalətinin ən iri şəhərində qızmar hava şəraiti iyulun 6-dək davam edəcək.
Daha 5 nəfər ölkənin şərq bölgəsində anomal istilərin qurbanı olub. İqlim normasından yüksək temperatur Ontario vilayətində də müşahidə olunur.