Kasparov Trampı Putinin iti adlandırdı

Məşhur şahmatçı Harri Kasparov, “Trampın Helsinkidə "zavallı görünüşü" "Putinin fino iti" olduğunu sübut edir” deyib. Harri Kasparov, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Helsinkidəki görüş və mətbuat konfransından sonra, Trampın açıqlamalarını "cəfəngiyyat" adlandırıb. "AMERİKAN MƏNAFEYİNİ SATIR" Kasparov, Trampı Helsinkidə Rus həmkarı ilə təkbətək görüşündə bəzi gizli anlaşmalarla Amerikanın maraqlarını satmaqla ittiham edib. Kasparov 16 iyulda atdığı bir tweetində, "Bu zavallı tamaşadan çıxan ən qəti mesaj Putinin Rusiyanı təmsil etmədiyi qədər, Trampın da Amerikanı təmsil etməməsidir. Yalnız bir DTK agenti ilə yalnız iki saat görüş keçirdi" deyə, yazıb. Kasparov, Putinin insan haqlarını tapdalamasına və Postsovet ölkələrinə tətbiq etdiyi təzyiqlərə baxmayaraq Amerika ilə uzun müddətdir ki, "qarşılıqlı bərabərlik" axtardığını dilə gətirib. Trampın isə bunu və daha da artığını Rus dövlət başçısına verdiyini irəli sürüb. YA ZƏİFLİK, Ya XƏYANƏT "Tramp sadəcə buna imkan vermir, eyni zamanda yaxınlarda bir Rus hərbi kəşfiyyat birliyinin Amerikaya hücum etməsi əmrini verən bir diktatoru müdafiə edir. Bu, ya zəiflik, ya da xəyanətin çox qüvvətli bir göstəricisidir" deyə, əlavə edib. #putinspoodle (Putinin fino iti) haştgıylə də bölgü aparan Kasparov, "Tramp, Obamanı Putinin Amerikaya olan hücumlarının qarşısını almamaqla günahlandırırdı. Merkeli Putinlə bir qaz boru kəməri müqaviləsi bağlandığı üçün vurdu. Ancaq Putinin yanına gəldikdə heç bir şey deməyəcək. Yoxasa ağzına bir bağ, ya da yular taxır”#putinspoodle" deyə yazıb. Tweetinde, Trumpın sadəcə, "Hamımız günahkarıq" - dediyini bildirən məşhur şahmat çempionu "Öz rəhbərliyinə hücum edir və Putini yağlayır. Trampın havadarları indi hanı? Hər şeydən öndə Amerika? Bir axmaqlıqdır. Haradasınız? Axmaqlar, satqınlar, ölkənizi və dünyanı bu xainlər üçün satırsınız" deyib. Kasparov sözlərinə belə davam edb: "Amerika rəhbərliyinin tarixindəki bu ən qaranlıq saatı adlandırmağa hazıram. Hər hansı bir rəqabət düşünürsünüzsə, mənə də bildirin". Müxalifət.az