"Kişi qarşımda dayanıb, gözümə..." - Elza Seyidcahan
25-09-2019 23:53
Baxış sayı:
12535

Əməkdar artist Elza Seyidcahan toylardan birində yaşadığı qorxunu danışıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, müğənni "ATV maqazin onlarla" verilişində getdiyi məclisdə onu izləyən kişidən bəhs edib:
"Getdiyim toylardan birində başıma iş gəldi. Mənə qorxulu dəqiqələr yaşatdılar. Aramızda iki addım məsafə var idi. Həyəcan keçirirdim. Kişi qarşımda durub, ancaq mənə baxırdı. 50 yaşı olardı, qəfildən lap önə gəlib, dayanıb gözümə baxdı. Narahat oldum ki, gəlir mənə nəsə deməyə. O dərəcəyə gəldim ki, kürəkənim Elxanı çağırdım. Sonra maraqlandım ki, kimdir həmin insan? Dedilər, həkimdir".
Sevgidən danışan Seyidcahan həyatında heç kimin olmadığını söyləyib. O bildirib ki, bir dəfə sevib.