"Kişinin bir arvadı olar" - Bahar Zaurla EFİRDƏ MÜBAHİSƏ ETDİ

Baxış sayı:
12094

Elə qadın müğənnilər var ki, kiminsə ailəsini öz xoşbəxtliyi üçün dağıdır.
Bu fikirlər Zaur Kamal aparıcısı olduğu proqramda deyib.
Verilişin qonağı Bahar Lətifqızı aparıcının sözləri ilə razılaşmayıb:
"Bir bəy bir xanımla biri var elə-belə münasibət qurursan, biri də var uşaq dünyaya gəlirsə, orada əsas bəy rol oynayır, xanım yox. Ağılsız xanım ola bilər. Düşünmür ki, "Bunun gələcəyi var. Bəs bu uşağa kim baxacaq? Bu uşaq necə olacaq? Bəlkə o, məni atdı getdi". Mən onları yaşadığım üçün düşünürəm ki, kişi addım atırsa, ortada övlad varsa, övladına baxmaq kişinin borcudur. Səhv addım atmasın, atıbsa, arxasında dursun.
Zaur Baharın sözlərinə "Ailəsi var o kişinin. Bəs müğənni niyə onunla evlənir? Bu xanım da bilsin ki, o ailəlidir. Niyə onunla ailə qurur?!" fikirləri ilə müdaxilə edir.
Xanım ifaçının cavabı bu dəfə daha sərt alınıb:
"Kişidən çox şey asılıdır. Onda o kişi başa salsın ki, mən ailəliyəm, get işinlə məşğul ol! O bəy niyə düşünmür ki, axı onun övladı dünyaya gəlib o qadından. Onun tikəsidir, onun qanından, iliyindən yaranır o övlad. Əsas addımı atan kişidir. Mən ailələrin dağılmağının tərəfdarı deyiləm. Mən demirəm kişilər pisdir. Bizim elə kişilər var ki, deyirlər kişinin bir arvadı olar".//milli.az