Kiyevdəki "Dolma" restoranının qarşısında atışma: BİR AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ

Baxış sayı:
7144

Kiyevdə Azərbaycan yeməkləri verilən "Dolma" adlı restoranın qarşısında atışma olub.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib.

Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ilə əlaqəli olması ehtimal edilir.