​Kraldan Əliyevə: 100-cü ildönüm...

Baxış sayı:
6574

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
"Zati-aliləri.
Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında gözəl münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".