Kraliçanın gəlininə ögey bacısından ittiham: “Atam ölsə, günahkar sənsən”
18-07-2018 22:32
Baxış sayı:
11023

İngiltərə krallığının yeni gəlini Meqan Markl ögey bacısı tərəfindən atasına qarşı etinasızlıqda ittiham edilib.
Muxalifet.az xəbər verir ki, Marklın ögey bacısı Samanta Markl Tvitter səhifəsində Meqanı hədəfə götürüb.
Samanta tələb edib ki, Meqan atasına yaxşı baxmalıdır. Samanta Tvitterdə bu sözləri yazıb:
“Öz atana xərac ödəyəcəksən? Kifayətdir. Qadın kimi, insan kimi davran. Əgər atamız ölsə, günahkar sən olacaqsan, Meq”.