Lavrovla görüşən senator: Putin mafiozdur
10-07-2018 12:37
Baxış sayı:
5209

Rusiya Prezidenti Vladimir Putinin qarşısını almaq lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu amerikalı senator Con Nili Kennedi deyib. Onun sözlərinə görə, Qərb heç bir halda Putinə güvənməməlidir:
“Rusiyada siyasi fəlsəfə yoxdur. Bu, mafiyanın siyasi fəlsəfəsi kimidir. Mafiyanın fəlsəfəsi isə pul və hakimiyyətdir. Bu, Putinin fəlsəfəsidir”.
Qeyd edək ki, Kennedi bir müddət əvvəl Rusiyaya gəlib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.