Lüks avtomobillərlə milyonluq soyğun

Baxış sayı:
6259

Ankarada bir çox villanı soyan "Kabus" ləqəbi ilə tanınan oğru dəstəsinin başçısı Sərxan Y. ilə iki şübhəli, Polisin Oğurluq Şöbəsi əməkdaşları tərəfindən əməliyyat nəticəsində yaxalanıb. Şübhəlilər, sövq edildikləri məhkəmədə həbs olunub.
 
Çankayada lüks bir villada oğurluq etmək üçün fürsət gözləyən 3 oğru, ev sahiblərinin istirahət üçün şəhər kənarına çıxması ilə hərəkətə keçib. Oğrular, oğurladıqları əşyaları villanın qarajında Porsche və Land Rover markalı iki lüks maşına yükləyərək aradan çıxıblar. Ancaq buna rəğmən yenə "Kabus" ləqəbi ilə tanınan oğrubaşı ilə iki şübhəli, polis dəstələrinin əməliyyatı ilə ələ keçirilib.
Villaya daxil olan 3 oğru, 2 milyon 750 min lirə dəyərində nağd pul, brilyant, bəzək əşyaları və 2 lüks maşını oğurlayıblar. Oğrular həmçinin evdəki
2500 avro dəyərində 10 şüşə viskini də aparıb. Villadakı polad seyfi açan oğrular, içindəki 600 min lirə nağd pul ilə dəyəri 2 milyon lirə olan xüsusi dizaynlı sırğa, brilyant və qızılları da aparıblar. Həmçinin evdəki müxtəlif markalara aid 150 min lirə dəyərində xüsusi dizayn və xaricdən gətirilən çantaları da alan oğrular, oğurladıqları əşyaları villanın qarajında olan Porsche və Land Rover markalı iki lüks maşına yükləyərək aradan çıxıblar. İstirahətdən qayıtdıqdan sonra villaların soyulduğunu görən ev sahiblərinin şikayətindən sonra polis əməliyyat hazırlayıb.
 
KABUS OĞRU YAXALANIB
 
Oğurluq Şöbəsinin əməkdaşları, təhlükəsizlik kamerasının görüntülərini araşdıraraq aparılan texniki təqibdən sonra villanı soyan 3 oğrunun kimliyi bəlli olub. Başlanılan əməliyyatda oğrular A.T, M.E.D. və S.Y. saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarışda çox sayda oğurluq malına əl qoyulub. Oğru girdiyi villada oğurladıqları qələmlər ilə ev sahibinə məxsus təsbehlər də ələ keçirilib. Villada oğurlanan bəzi brilyant və qızıllara da əl qoyularkən, 2 lüks avtomobil də sahibinə təhvil verilib.
Müxalifət.az