​Makedoniyanın ad davası bitir: ABŞ-dan təklif

Baxış sayı:
3727

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yunanıstan Baş naziri Aleksis Çipras Makedoniyanın ad dəyişdirməsi ilə bağlı əldə edilən razılığı müzakirə edib.
Muxalifet.az xəbər verir ki, Pens Çiprası Makedoniyanı razılığa gətirmək üçün göstərdiyi səylərdən dolayı təbrik edib. Pens müqavilənin uzunmüddətli və uğurlu şəkildə həyata keçirilməsində ABŞ-ın yardımını da təklif edib. Daha sonra tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələsini gündəmə gətirib. Bundan başqa, Türkiyə-Yunanıstan əlaqələri və Türkiyənin regiondakı rolu da müzakirə edilib.
Qeyd edək ki, Makedoniyanın adının dəyişdirilərək, “Şimali Makedoniya” adlanması ilə onun NATO və AB-yə üzvlük müraciətinə Yunanıstan yaşıl işıq yandırmağa razılaşıb.