Makron Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək
30-09-2020 12:12
Baxış sayı:
1366

Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlərin yenidən başlamasını ABŞ prezidenti Donald Tramp və Rusiya prezident Vladimir Putinlə müzakirə edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu E.Makron bildirib.
O qeyd edib ki, regional böhranları, həmçinin Dağlıq Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil.