Maradonadan Fələstinə dəstək

Baxış sayı:
4537

Argentinalı futbol əfsanəsi Dieqo Maradona, bir araya gəldiyi Fələstin dövlət başçısı Mahmud Abbasa, “Mən Fələstinliyəm” deyib.
 
Fələstin dövlət başçısı Mahmud Abbas, Rusiyaya etdiyi səfər çərçivəsində Argentinalı futbol əfsanəsi Dieqo Maradona ilə Moskvada bir araya gəlib.
Maradona, görüşdə "Mən Fələstinliyəm" deyərək, Fələstinin haqlı mübarizəsinin yanında olduğunu bildirib. Maradona, Fələstinlə həmrəyliyini sosial media hesabından Abbas ilə paylaşdığı şəkillə də ifadə edib.
Maradona, sosial media hesabından apardığı bölgüdə, "Bu adam Fələstin üçün sülh istəyir. Prezident Mahmud Abbasın dövləti və hüququ var" deyə, ifadə edib.
Qeyd edək ki, Fələstin dövlət başçısı Abbas, Rusiyaya 3 günlük rəsmi səfər həyata keçirib.
Müxalifət.az