​Milli Məclisin deputatları koronavirus testindən keçirildi – NƏTİCƏLƏR SABAH AÇIQLANACAQ / Yenilənib

Baxış sayı:
1739

Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.
Bu barədə Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.
İyunun 20-də Milli Məclisin deputatı Sahib Alıyev koronavirusa yoluxduğunu bildirib.
***
Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 koronavirus infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda deputatlar arasında mütəmadi olaraq testlər aparılıb.
Bu barədə Milli Məclis Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Bildirilir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.