Əmisi arvadını qaçıranı öldürməkdə ittiham edilənlərin məhkəməsi başladı

Baxış sayı:
13555

Qubada əmisi arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham ediləm Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırlıq iclası baş tutmayıb. Vəkillərdən biri məhkəmə iclasında iştirak etmədiyi üçün proses təxirə salınıb. Məhkəmə iclası oktyabrın 1-nə təyin edilib. Qeyd edək ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.