Misirdə yük maşını kafeyə çırpılıb, 12 nəfər ölüb
19-07-2018 15:44
Baxış sayı:
10840

Misirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb. Digər 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Yerli polisin məlumatına görə, sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb. Binanın birinci mərtəbəsində kafe və kiçik restoran olub.
İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.