MİT-dən Suriyada xüsusi əməliyyat: TÜRKİYƏYƏ GƏTİRİLDİ

Türk kəşfiyyatı, təslim olmaq istəyən PYD/YPG-nin Münbiçdəki hərbi xəstəxana üzrə məsul şəxsi A.K.-nı keçirdiyi uğurlu əməliyyatla Türkiyəyə gətirib.
5 il əvvəl PYD/YPG-yə qoşulan qardaşını gətirmək üçün getdiyi Suriyada terror təşkilatına qatılan A.K.-nin, önəmli xidmətlərdə olduğu və ən son Münbiçdə hərbi xəstəxana üzrə məsul şəxs olduğu bildirilib.
TƏŞKİLATDAN QOPMALAR BAŞLADI
Türkiyə ilə ABŞ arasında varılan razılığa görə, Münbiçdən çəkiləcək olan PKK-nın Suriya davamı PYD/YPG-dən qopmalar başlayıb. Terror təşkilatı PYD/YPG içində olan bir çox təşkilat üzvünün təslim olmaq istədiyi bildirilib. Türk xüsusi xidmət orqanlarının, təslim olmaq istəyən, ancaq təşkilatdan qaça bilməyən, Türkiyəyə gələndə isə onlara qarşı pis rəftar ediləcəyi barədə təşkilat tərəfindən daim qorxudulan bu insanlarla ünsiyyətə keçdiyi, təslim olmaları üçün onları inandırmağa çalışdığı qeyd edilir.
HƏBS OLUNUB
İfadəsində peşman olduğunu bildirən və terror təşkilatı PYD/YPG ilə bağlı əhəmiyyətli məlumatlar verdiyi irəli sürülən A.K., çıxarıldığı məhkəmədə həbs olunub. Təhlükəsizlik qüvvələrinin təslim olmaq istəyən digər terror təşkilatı üzvləri ilə də əlaqəyə keçib, onları inandırma işlərini davam etdirdiyi bildirilib.
Müxalifət.az