“Mən deməmişəm...” - Rasim Balayev Elməddinin olduğu verilişə telefonla bağlandı - Video

Elməddin Cəfərov “Xəzər TV”də yayımlanan “Şən Bazar” verilişinin qonağı olub. Efir zamanı Rasim Balayevlə canlı bağlantı yaradılıb. Xalq artisti sözügedən müsahibəsi barədə danışıb. O, qeyd edib ki, aktyorların adını çəkməyib və ümumi danışıb. R.Balayev onların istedadlı aktyor olduğunu, lakin senarilərin yaxşı yazılmadığını deyib. Xatırladaq ki, xalq artisti Rasim Balayev bir müddət əvvəl açıqlama verərkən gənc aktyorlar - Müşviq Şahverdiyev, Fərda Amin və Elməddin Cəfərovla bağlı qalmaqallı fikirlər səsləndirmişdi. “Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar”. – deyən tanınmış aktyor onlarla bağlı təhqiramiz fikirlər səsləndirmişdi. Məsələ ilə bağlı aktyor Elməddin Cəfərov “Yeni Sabah”a açıqlama vermişdi. “Rasim Balayevlə aramızda heç bir problem yoxdur, mən hansı yaşda, hansı başdayam ki, o boyda sənətkarla aramda nəsə narazılıq olsun. Ağsaqqalımızdır, böyük sənətkarımızdır. Çox təəssüf ki, təhqir edib. Kaş ki, tənqid edəydi. Bu da ola bilər, nə edək? Ağsaqqalımızdır” – deyərək Rasim Balayevə hörmətinin sonsuz olduğunu bildirmişdi.