"Mən millət vəkili vəsiqəsini heç zaman girov qoya bilmərəm" - Deputatdan MARAQLI AÇIQLAMA

Baxış sayı:
11062

"Mən öz millət vəkili vəsiqəmi əsla girov qoymaram. Çünki o vəsiqə Qənirə Paşayevanın deyil. O vəsiqə millətin vəsiqəsidir".
Bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva İctimai televiziyada (İTV) yayımlanan Dadaş Dadaşlinskinin verilişdə səsləndirib. 
Daha sonra xanım millət vəkili deyib:
"O vəsiqəni Qənirə Paşayevaya minlərlə seçici verib. O, minlərlə seçicinin vəsiqəsidir. Mən onların vəsiqəsini heç bir zaman girov qoya bilmərəm".
Q.Paşayeva bildirib ki, onun üçün dünyada millət vəkilindən şərəfli iş yoxdur:
"Dünyada bundan şərəfli bir iş yoxdur ki, öz dövlətini və millətini dünyanın hər yerində təmsil etmək haqqına sahib ola biləsən. Əgər biz 125 nəfərə millətimiz parlamentdə deputat olmaq imkanı veribsə, təbii ki, bu böyük bir şərəfdir. Eyni zamanda da böyük məsuliyyətdir. Ona görə də mən hər saniyə bu böyük məsuliyyəti öz çiynimdə hiss edərək, faydalı olmağa çalışıram. Bu asan iş deyil, çətindir, ancaq çox şərəfli işdir".