MOLLA REJİMİ ETİRAZLARI "BOĞUR" - Aksiyaçılar kütləvi şəkildə həbs olunur

Baxış sayı:
316

İran polisi Lorestan əyalətində 100-dən çox etirazçını saxlayıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"Son günlər əyalətin müxtəlif şəhərlərində 100-dən çox etirazçı və sabitliyi pozan şəxs müəyyən edilərək saxlanılıb", - Televiziyanın "Telegram" kanalında paylaşılan məlumatda deyilir.

Bundan əvvəl "Tasnim" agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, İranın güc strukturları kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan silahlı qruplaşmaların ən azı 200 rəhbərini həbs edib.