​Müdafiə nazirinə raket hücumu: 8 yaralı

Baxış sayı:
1819

Əfqanıstanın Qəznə əyalətində Müdafiə naziri Tariq Şah Bəhraminin olduğu valilik binasına raket atılıb.
Muxalifet.az xəbər verir ki, valilik sözçüsü Arif Nuri nazirin qatıldığı təhlükəsizlik iclasının keçirildiyi binaya hücum zamanı 8 nəfərin yaralandığını açıqlayıb. Nazir hadisə zamanı xəsarət almayıb və dərhal toplantını ləğv edərək, binanı tərk edib.
Hücumun məsuliyyətini Taliban qruplaşması üzərinə götürüb.