Müharibə astanasına gəlindi, BMT çağırış etdi: DƏRHAL HƏR KƏS GERİ ÇƏKİLSİN!

Baxış sayı:
6655

İsrail ordusunun Fələstinin Qəzzə zolağı boyunca həyata keçirdiyi bir sıra bombalı hücumdan sonra BMT-dən açıqlama gəlib. BMT-nin açıqlamasında, “Hər kəs geri çəkilsin, sabah yox, dərhal indi” deyə, qeyd edilib.
 
İsrail Ordusu Qəzza zolağı boyu bir sıra bombalı hücum həyata keçirib. İsrail, bu gün bəzi hərbi birləşmələrinə Qəzza tərəfdən atəş açıldığını irəli sürmüşdü. Bu açıqlamadan sonra baş verən hücumlarda, dörd Fələstinli şəhid olub.
 
BMT: MÜHARİBƏNİN ASTANASINA GƏLİNDİ
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Nikolay Mladenov, hər iki tərəfə də geri çəkilmək çağırışı edib və Twitter hesabından apardığı bölgüdə, müharibənin astanasına gəlindiyini bildirərək bunları ifadə edib:
 
“HƏR KƏS GERİ ÇƏKİLSİN, SABAH DEYİL, DƏRHAL İNDİ”!
 
"Qəzzadakı hər kəs bu müharibə astanasından geri addım atmalıdır. Sabah deyil, gələcək həftə deyil, dərhal indi geri addım atılmalıdır. Fələstinliləri və İsrailliləri növbəti bir müharibəyə girmək üçün qızışdırmaq istəyənlər uğurlu olmamalıdır".
Bu arada Qəzzanın Səhiyyə Nazirliyindən edilən açıqlamalara görə, üç nəfər bombalı hücumlarda şəhid olarkən, dörd nəfərin isə İsrail sərhədindəki aksiyalarda vurularaq şəhid edildiyi qeyd olunub.
Müxalifət.az