Muharrem İnce və Meral Akşener səs verdilər - FOTO
24-06-2018 12:16
Baxış sayı:
1657

CHP-dən prezidentliyə namizəd Muharrem İnce ailəsi ilə birlikdə yerli vaxtla 10:30-da məmləkəti Yalovada səsvermə məntəqəsinə gəlib.
Musavat.com-un məlumatına görə, M.İncə seçki bülletenini alaraq səs vermək üçün seçki qutusuna yaxınlaşıb. Səs verdikdən sonra jurnalistlərə açıqlama verən Muharrem İncə dərhal Ankaraya yola düşəcəyini bildirib.
İYİ Partiya başqanı Meral Akşener də eyni vaxtda İstanbuldakı seçki məntəqəsinə gəlib. Jurnalistlərə açıqlamasında o, səs verdikdən sonra Ankaraya gedəcəyini qeyd edib.