Müsəlman(?) ölkəsi cinsi azlıqları 2022-ci il futbol çempionatına dəvət etdi...

Baxış sayı:
7663

Əslində Osmanlının çökdürülməsindən sonra peyda olan oyuncaq ərəb dövlətləri mason-vəhabi hökumətləridir...

Qətərdəki futbol üzrə Dünya Kuboku səlahiyyətlisi transgender və gey fanatlara 2022-ci il futbol turnirində fəal iştirakları üçün müraciət edib.  
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, bununla belə, müsəlman hesab edilən ərəb ölkəsinin rəsmisi cinsi azlıqların Qətər adət-ənənələrinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb.
Qətərdə homoseksuallıq aktları qanunverici səviyyədə qadağandır. Lakin ölkədə transseksuallıq o qədər nadir haldır ki, bu  barədə qanun hələ də müəyyən edilməyib. 
"Mən hər hansı cins, cinsi oriyentasiya, dinə, irqə mənsub hər  bir azarkeşi Qətərin dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğuna inandırmaq istərdim. Bilin ki,  hər kəs burada xoş qarşılanır"-deyə Qətər -2022 futbol üzrə dünya çempionatının icraçı direktoru Nasser əl-Hater söyləyib. 
P.S. Burada təəccüblü bir şey yoxdur. Birincisi,  maddi qazanc marağı... İkincisi də, əslində  Allah düşmənləri tərəfindən Osmanlı dövlətinin çökdürülməsindən sonra ərəb coğrafiyasında peyda olan oyuncaq dövlətlər nə müsəlman,  nə də ərəb dövlətidir. Bunlar mason-vəhabi hökumətləridir.  Və bunların missiyası bir yandan qatı mühafizəkar dini qanunlarla, digər yandan isə İslama zidd gözlənilməz addımlarla dinimizi gözdən salmaqdır...