Müsəlman qıza alçaq hücum: BƏDƏNİNƏ XAÇ ÇƏKDİLƏR

Belçikanın Anderlues qəsəbəsində 2 nəfər, hücum etdikləri 19 yaşlı Müsəlman bir gənc qızın bədəninə kəsici alətlə xaç çəkiblər.
Belçikanın Anderlues qəsəbəsində, irqçi və İslamofobik təcavüzə məruz qalan 19 yaşlı Müsəlman bir gənc qızın bədəninə kəsici alətlə "xaç" çəkildiyi ortaya çıxıb.
Belçikanın rəsmi xəbər agentliyi “Belga”-nın Polis İdarəsinin rəsmilərinə əsaslandırdığı xəbərinə görə, paytaxt Brüsselin 60 kilometr cənubundakı Anderlues qəsəbəsində Müsəlman bir gənc qız, bazar ertəsi gecəsi küçədə 2 nəfərin fiziki hücumuna məruz qalıb. Küçədə gənc qızın qarşısını kəsən təcavüzkarlar əvvəl qızı təhqir edib, sonra da başındakı örtüyü və paltarları cırıblar.
BƏDƏNİNƏ XAÇ ÇƏKİBLƏR
Təcavüzkarlar qaçmağa çalışan gənc qızı yerdə sürükləyərək "murdar Ərəb" şəklində təhqirlər yağdırıblar. Təcavüzkarlar, paltarını cırdıqları gənc qızın qarnına, ayaqlarına və bədəninin müxtəlif yerlərinə kəsici alətlə "xaç" işarəsi çəkiblər. Təcavüzkarların qaçdığı hadisə ilə bağlı polis istintaq başlayıb.
Müxalifət.az