Müştərisinə qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanıldı

Baxış sayı:
27926

Mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.
Muxalifet.az
xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet.az