NATO-dan bu ölkəyə - Dəvət
11-07-2018 20:51
Baxış sayı:
4978

NATO Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
"Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik", - Stoltenberq söyləyib.