NATO liderləri Brüsselə toplaşır: SAMMİTDƏ GƏRGİNLİK..

Baxış sayı:
5689

NATO-nun 29 lideri, iyulun 11-12-də Brüsseldə alyansın gələcəyinə dair mühüm qərarlar almaq üçün sammitdə bir araya gələcək.
 
NATO-nun baş katibi Stoltenberq, vəzifə müddəti çərçivəsində üçüncü dəfə NATO Sammitinə sədrlik edəcək.
NATO liderləri, keçən il may ayında "NATO dövlət və hökumət başçıları Toplantısı" üçün bir araya gələrkən, bu dəfə NATO-nun ənənəvi olaraq hər iki ildən bir təşkil etdiyi NATO Sammiti üçün toplanacaq. Bu çərçivədə, yaxın dövrdə Avropa Birliği-ABŞ arasında əlaqələrin, xüsusilə ticarət sahəsindəki münasibətlərin kəskinləşməsi, ABŞ-ın səfirliyini Qüdsə köçürməsi, İran və iqlim razılaşmalarından tək tərəfli olaraq çəkilməsi və G7 görüşündən sonra yaranan gərgin şəraitin yaratdığı qeyri-müəyyənliyin NATO Sammitinə də təsir edəcəyi gözlənilir.
 
Terrorla mübarizə əsas müzakirə mövzuları arasındadır
 
Sammitdə müzakirələr altı əsas mövzu ətrafında olacaq. "Çəkindiricilik və Müdafiəni Gücləndirmək", "Terrorla Mübarizə və Sabitliyi Yayma", "Avropa İttifaqı ilə Əməkdaşlığı Gücləndirmək", "NATO-nu Modernləşdirmə", "Daha Ədalətli Məsuliyyət Bölgüsü", "Ortaq Dəyərlər və Transatlantik İttifaq" şəklində müzakirə olunacaq əsas mövzular ətrafında, NATO liderləri alyansın gələcəyinə dair mühüm qərarlar qəbul edəcək.
Müxalifət.az