NATO Sammiti öncəsində Aİ və Tramp bir-birinə girdi

Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk, ABŞ prezidenti Donald Trampa xitabən, "Dostlarınızın qədrini bilin, nəticədə çoxlu dostunuz yoxdur" deyib.
TUSİ: BİZDƏN DAHA YAXŞI DOSTUNUZ YOXDUR
Trampı hədəf alan açıqlamasında Tusk, "Xahiş Edirəm, müttəfiqlərinizə hörmət göstərin. Dostlarınızın qədrini bilin, nəticədə çoxlu dostunuz yoxdur" deyə, bildirib.
Trampın Aİ ölkələrinin "müdafiə üçün pul xərcləmədiyi" və bu səbəbdən ABŞ-a "borclu olduğu" istiqamətindəki iddialarını cavablandıran Tusk, sosial media hesabı Twitterdə bu ifadələrlə Trampı tənqid edib: "Uzun müddətdir birgə müdafiə qabiliyyətinə kifayət qədər töhfə təqdim etmədiyi iddiasıyla demək olar ki, hər gün Avropanı birbaşa tənqid edən Trampa səslənmək istəyirəm. Sevgili Donald Tramp, ABŞ-ın Aİ-dən daha yaxşı bir müttəfiqi yoxdur və olmayacaq. Biz müdafiə olunmaq üçün Rusiyadan daha çox və Çinlə bərabər miqdarda pul xərcləyirik. Ümid edirəm ki, bunun bizim təhlükəsizliyimiz üçün xərcləndiyinə şübhəniz yoxdur".
TRAMP DƏQİQƏLƏR SONRA CAVAB VERİB
Donald Tuskun açıqlamasından dəqiqələr sonra ABŞ prezidenti Tramp, Twitter üzərindən "NATO ölkələri daha çox ödəməli, ABŞ isə daha az ödəməlidir, heç ədalətli deyil"! deyə, Tuska cavab verib.
Müxalifət.az