Nazir ölkəsindəki vəziyyətə görə istefa verdi
14-07-2018 23:31
Baxış sayı:
1708

Tunisin Vətəndaş Cəmiyyəti və Konstitusiya Qurumları ilə Əlaqələr naziri Mehdi bin Qarbiye istefa verib.
Muxalifet.az xəbər verir ki, bu brədə nazir şəxsi Feybuk səhifəsində məlumat yayıb. O, Tunisdə aylardır həyat şərtlərinin yaxşılaşdırılması əvəzinə hökumətin dəyişdirilməsi məsələsinin gündəmdə olmasına görə istefa verdiyini deyib.
Tunisin Baş naziri Yusif Şahid Qarbiyenin istefasını qəbul edib.
Qeyd edək ki, M.Qarbiye 2016-cı ildən bəri sözügedən vəzifədə xidmət göstərir.