Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi - SƏRƏNCAM
25-06-2020 15:45
Baxış sayı:
6319

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğluna general-mayor rütbəsi verildi.
Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Ramil Əlimran oğlu Əsgərov general-mayor rütbəsi ilə təltif olunub.
Hazırda Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində xidmət edən Ramil Əsgərov, daha əvvəl Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi əvəzi vəzifəsini icra edib./demokrat.az