NETANYAHU KÜNCƏ SIXIŞDI! - Xanımını müdafiə etdi

Baxış sayı:
6187

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu korrupsiyada - dövlət əmlakınında sui-istifadə eləməkdə ittiham edilən həyat yoldaşı Sara Netanyahunu müdafiə edib, bu ittihamların əsassız olduğunu bildirib medianı isə tənqid edib. O, Bu ayın axırında məhkəmə qarşısına çıxacaq olan xanımını “media hücumunun imicini ləkələdiyi qəhrəman” adlandırıb.

“Assoşieyted Press” agentliyinin xəbərinə görə, parlamentdə rəhbəri olduğu Likud Partiyasının üzvlərinin qarşısında çıxış edən baş nazir yumruğunu masaya vuraraq deyib: “Sara yaxşı insan, gözəl ana və mükəmməl övladdır. Media onun bütün yaxşı əməllərini görməməzliyə vurur”.