Növbəti miqrant FACİƏSİ: 19 ölü, 30 itkin
18-07-2018 18:23
Baxış sayı:
10390

150 suriyalı miqrantı daşıyan qayıq Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Karpaz yarımadasındakı Yeni Erenköy qəsəbəsinin sahilinə yaxın ərazidə batıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə və ŞKTC xilasediciləri 103 nəfəri xilas edib, 19 miqrantın isə cəsədi tapılıb. Hazırda 30 nəfər axtarılır.
Məlumata görə, qayıq sahildən 16-17 dəniz mili məsafəsində batıb.