Nəsiminin heykəli bu dəfə fərqli formada - FOTOLAR

Baxış sayı:
3538

Bu gün Şamaxının  Meysəri kəndində ikinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimi heykəl installasiyasının açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, Heykəl installasiyanın müəllifi Rəşad Ələkbərov  "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanı İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib. 
Açılış mərasimində Estoniyanın “Tallin oğlanları xorunun”nun çıxışı da olub. 
Bundan başqa, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı tarix-diyarşünaslıq muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.
Tədbirə Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısı qatılıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində Fondun həyata keçirdiyi layihələrdən danışıb. Vurğulayıb ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında ın Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə tarixən məşhur, dünya şöhrətli insanların irsinin axtarılıb üzə çıxarılmasına, tanıdılmasına göstərilən böyük diqqətin nəticəsidir.
Açılış mərasimində Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” ansambllarının birgə çıxış ediblər.