​Onun səfərindən sonra Putin və Tramp görüşəcək

Baxış sayı:
5053

ABŞ və Rusiya liderləri Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskva səfərindən qısa bir müddət sonra görüşəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Mayk Pompeo verib.
"Boltonun bazar və ya bazar ertəsi günü Moskvaya hərəkət etməyi planlaşdırdığını bilirəm. Orada tərəfdaşları ilə bir araya gələcək və yəqin ki, bu görüşdən qısa bir müddət sonra Tramp və Putin görüşəcək", - Pompeo qeyd edib.